Tramp yevangelistlərə üz tutdu - Ağ Evdə qonaqlıq

28 Avqust 2018 09:59 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən yazır ki, dünən axşam Ağ Evdə, adətən, dövlət rəsmiləri üçün təşkil olunan qonaqlıq 100 yevangelist və onların həyat yoldaşları üçün verilib. Hətta bu cür qonaqlıqlarda çox vaxt iştirak etməyən Melania Tramp da ərinin yanında olub.

Qonaqlığın səbəbi olaraq Trampın üzləşdiyi çətinliklər və seçki prosesinin yaxınlaşması görülür. Bəzi məlumatlara görə isə Tramp hər həftə vitse-prezident Mayk Pens, xarici işlər naziri Pompeo, ədliyyə naziri Ceff Sessions və təhsil naziri Betsi Devosun da iştirakı ilə Ağ Evdə yevangelist din xadimi ilə bərabər ayinlər keçirir.
Qeyd edək ki, ABŞ-da keçirilmiş sorğuya əsasən, yevangelist xristianların 41%-i Trampın yürütdüyü siyasəti bəyənməsələr də, onu dəstəkləyirlər.

Nurlan AĞA
Aznews.az