Cinayət törədənlərin əksəriyyəti əvvəlki məhkumlardır- VİDEO

28 Mart 2013 20:10 (UTC+04:00)
Azərbaycanda olan 15 min məhbusun 9 mindən çoxu təkrar cinayət törədənlərdir



Binəqədi rayon polis əməkdaşlarının apardığı araşdırma nəticəsində məlum olub ki, rayon ərazisindəki mənzillərdən birində oğurluq edən 1969-cu il təvəllüdlü Rasim Əliyev əvvəllər də eyni əməlinə görə, məhkumluq həyatı yaşayıb. Rasim Əliyev özü isə mənzildən su qızdırıçısı və radiator oğurlamasını maddi imkansızlıqla əlaqələndirib.

Bundan başqa 2 gün əvvəl Gəncədə törədilən qətlin təfərrüatlarını varanda da məlum olur ki, 23 yaşlı dostunu bıçaqlayan Bəhruz Mehrəliyev keçmiş məhbusdur. Yəni bu qətl onun birinci çinayət əməli deyil. Ümumiyyətlə, ötən illərin statistikası da göstərir ki, cinayət məsuliyyətinə cəlb edilənlərin əksəriyyəti keçmiş məhkumlardır. Məsələn, 2011-ci ildə Azərbaycanda olan 15 min məhbusun 9 mindən çoxu təkrar cinayət törədənlərdir.

Psixoloqlar bunu məhkumların sosial adaptasiyasının həyata keçirilməməsi ilə izah edirlər. Araşdırmalar zamanı məlum olur ki, həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkən, bir çox hallarda isə iş, ev problemləri ilə üzləşən məhkumlar yenidən cinayət törədərək, həbsxanaya qayıdır.

Psixoloq Elnur Rüstəmov bu tip halların sayının azaldılması üçün məhkumların islah əmək müəssisələrindən çıxdıqdan sonra reabilitasiya prosesindən keçmələrini vacib sayır.

Daxili İşlər Nazirliyindən aldığımız məlümata görə, ötən il əvvələr məhkum edilmiş şəxslər tərəfindən 1743 cinayət törədidilib. Xatırladaq ki, azadlığa çıxmış şəxslərin təkrar cinayətkar olmasının qarşısını almaq məqsədi ilə hələ bir neçə il əvvəl penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanun qəbul edilib.




AzNews.az