Tramp FIFA prezidenti ilə görüşəcək - Bağlı qapılar arxasında

28 Avqust 2018 11:09 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Bağlı qapılar arxasında keçiriləcək görüşdə hansı məsələlərin müzakirə olunacağı açıqlanmır.

Qeyd edək ki, Donald Tramp 2026-cı il dünya çempionatının ABŞ, Kanada və Meksikada keçirilməsi üzrə təbliğat kampaniyasında iştirak edib. FIFA mundialı bu ölkələrin birgə təşkil etməsinə dair qərarı iyunun 13-də qəbul edib.

AzNews.az