AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.
1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az