Ərdoğana Almaniyada heykəl qoyuldu, bələdiyyə axtarışa başladı

28 Avqust 2018 14:50 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, heykəli görmüş hər kəs onun yanına qaçaraq foto və videolar çəkib, sosial media hesablarında paylaşıb.

Sosial şəbəkələrdə heykəllə bağlı münasibətlər böyük rezonans doğurub.

Almaniya polisi də bu durumdan xəbərsiz olduğunu bildirib. Polis sözçüsü “bütün Visbaden camaatı kimi biz də çaşqın vəziyyətdəyik” – deyə, vurğulayıb.

Olayla əlaqədar Visbaden bələdiyyə sədri bunun üçün icazə alınıb-alınmaması ilə bağlı araşdırma aparılacağını bildirib.

Qeyd edək ki, heykəlin builki şüarı “pis xəbər” olan “Wiesbaden Bienali” mədəniyyət hərəkatı çərçivəsində qoyulduğu ifadə olunub.

Nurlan AĞA
Aznews.az