Çində zavod partladı - Ölənlər var

28 Avqust 2018 15:20 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə Szyansu vilayətinin Usi şəhərində qeydə alınıb.

Partlayış nəticəsində sexlərdən biri tamamilə dağılıb, 5 nəfər ölüb, bir nəfər xəsarət alıb.

Yaxınlıqdakı binaların şüşələri sınıb.

İnsidentin səbəbləri araşdırılır. Ərazidə axtarış-xilasetmə işləri aparılır.

AzNews.az