Lerikdə ikinci zəlzələ: güclü təkanlar hiss olundu - Yenilənib

28 Avqust 2018 18:21 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:01:49-da qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

***

17:19

Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata əsasən, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

AzNews.az xəbər verir ki, zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

***
17:10

Azərbaycanda zəlzələ olub.

AzNews.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl cənub bölgəsində zəlzələ baş verib.

AzNews.az