Üç prezident Təbrizdə görüşəcək

28 Avqust 2018 17:51 (UTC+04:00)

AzNews.az “Habertürk”ə istinadən bildirir ki, ölkə başçıları Suriya məsələsinin gündəmdə olacağı üçtərəfli görüş üçün Təbrizdə toplaşacaqlar.

İranın Şərqi Azərbaycan vilayəti rəhbəri Məcid Xudabəxş də Rusiya və Türkiyə prezidentlərinin 2018-ci il İslam dünyasının turizm paytaxtı olan Təbrizdə qonaq olacaqlarını bildirib.

Nurlan AĞA
Aznews.az