Lənkəran-Lerik yolunun yenidən qurulmasına 5 milyon manat ayrıldı

28 Avqust 2018 17:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamla Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

AzNews.az