Birinci vitse-prezidentin daha iki köməkçisi təyin edildi

28 Avqust 2018 17:59 (UTC+04:00)

AzNews.az Prezident Administrasiyasının saytına istinadən məlumat verir ki, Emin Hüseynov və Xalid Əhədov Birinci vitse-prezidentin köməkçisi təyin ediliblər.

Bununla da Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı 6-ya çatıb.

Qeyd edək ki, Birinci vitse-prezidentin digər 4 köməkçisi Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.

AzNews.az