XİN rəhbəri yeni səfirin etimadnaməsini qəbul etdi

28 Avqust 2018 18:34 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.