İnək sağırdı - Ayağını sındırdı

28 Avqust 2018 20:11 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib.

Kənd sakini, 1942-ci il təvəllüdlü Məmmədova Ərkinaz Rəsul qızı həyətlərində inək sağarkən müvazinətini itirərək yıxılıb.

Hadisə nəticəsində qadının sağ ayağı bud hissədən sınıb.

Ə.Məmmədova Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.