ABŞ-ı bu məsələ narahat edir - Foto

28 Avqust 2018 20:37 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Cim Mattis mətbuat konfransı zamanı deyib.

Mattis öz açıqlamasında Ankara ilə bağlı bir sıra məsələlərə toxunub:

"Dünən türkiyəli həmkarımla aramızda telefon danışığı oldu. Səmimi şəkildə Münbiçdəki vəziyyət də daxil olaraq bir sıra məsələlər barədə müzakirə etdik. Bu məsələlərdə Türkiyə ilə ortaq bir məxrəcə gələcəyimiz barədə düşünürəm."

Son zamanlarda ABŞ, Türkiyə və Rusiya arasında prioritet məsələrdən biri olan S-400 müdafiə sistemi ilə bağlı Mattis açıqlama verib.

"Bu roket sistemlərinin alınması bizi çox narahat edir" -, deyə o bildirib.

Murad ABDULLA
AzNews.az