Trampla "Google" qarşı-qarşıya

28 Avqust 2018 22:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dövlət başıçıs bu barədə öz "Tvitter" hesabında paylaşım edib.

O, iddia edir ki, "Tramp xəbərləri" ilə bağlı Google-da axtarış verərkən ancaq saxta medianın xəbərləri ortaya çıxır. Lazımi məlumatlar və xəbərlər isə gizli olaraq qalır.

ABŞ lideri bunun çox ciddi məsələ olduğunu və vaxtında bu problemin öz həllini tapmalı olduğunu bildirib.

"Xəbərlər siyasi gündəm yaratmaq üçün olmamalıdı", - deyə Tramp bildirib.

İttiham olunan şirkətin açıqlaması isə belə olub: "Araşdırmalar əlifba sırasına uyğun olaraq üzə çıxır, heç bir siyasi məqsəd daşımır və gündəm yaratmaq üçün də vasitə rolunu oynamır".

Murad ABDULLA
AzNews.az