Türkiyə təkzib etdi

28 Mart 2013 21:25 (UTC+04:00)
Türkiyənin Şanlıurfa bölgəsindəki qaçqın düşərgəsində 600 suriyalının deportasiya olunması barədə xəbəri ölkənin Xarici İşlər Nazirliyi təkzib edib.

Bu barədə məlumatı agentliyə Türkiyə XİN mətbuat xidmətindən bildiriblər.

"Məlumatımıza görə, çərşənbə günü axşam saatlarında 56 nəfər suriyalı qaçqın öz arzusu ilə düşərgəni tərk edərək, evlərinə dönmək istədiklərini bildiriblər. Onlar özləri gediblər.Düşərgəni 600-700 nəfərin tərk etməsindən söhbət belə gedə bilməz" - deyə, nazirlikdən bildirilib.

Mətbuat xidməti qeyd edib ki, deportasiya çox mürəkkəb prosesdir və bu zaman bir neçə bürokratik mərhələ nəzərdə tutulur.

Türkiyə XİN hazırda belə məlumatın yayılmasının səbəbini araşdırır.

AzNews.az