Sakit okeanda güclü zəlzələ

29 Avqust 2018 09:19 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla 3:51-də (7:51) qeydə alınıb.

Zəlzələnin episentri Hanter adasından 212 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində sunami təhlükəsi, xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

AzNews.az