Xəzər daha bir can aldı

29 Avqust 2018 10:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, ötən gün Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzNews.az