Rusların avtobusu Antalyada qəzaya düşdü - 11 yaralı

29 Avqust 2018 12:55 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Bələk turizm bölgəsindən hava limanına doğru getmiş avtobus sağa dönərkən yük maşını ilə qarşı-qarşıya gələrək qəza törədib. Toqquşmanın şiddətindən avtobus başqa bir avtomobili də vurduqdan sonra su kanalına düşüb.

Qəza zonasına təcili yardım, polis və yanğınsöndürənlər cəlb olunub. Yaralılar Antalyada müxtəlif xəstəxanalara yerləşdirilib, digər turistlər isə hava limanına aparılıb.

Qəza ilə bağlı araşdırma başlanıb.

Nurlan AĞA
AzNews.az