Belə avtoqol görülməmişdi - Video

29 Avqust 2018 14:01 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi meydanın mərkəzindən topu öz qapısına göndərib. Həmin epizodadək "Stok Siti" 1:0 hesabı ilə öndə olub. Mərkəz dairəsi yaxınlığında olan Bakuno rəqibin hava ilə ötürməsinin qarşısını kəsmək istəyib. Lakin onun zərbəsi birbaşa öz qapısına uçub.

Qeyd edək ki, görüş "Stok Siti"nin qələbəsi ilə yekunlaşıb.

AzNews.az