Rus hərbi gəmiləri Aralıq dənizində: Son savaş yaxınlaşır

29 Avqust 2018 14:53 (UTC+04:00)

AzNews.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, “Russia Today”in yaydığı məlumata görə, Rusiya bu günə qədərki ən böyük dəniz donanmasını Suriyaya göndərib.

Hazırda Aralıq dənizində Rusiyaya aid ən azı, 10 döyüş gəmisi və 2 sualtı gəmi var. Onların, təxminən, hamısı uzun məsafəyə raket ata bilmək qabiliyyətinə malikdir.

Məsələ ilə bağlı “İzvestiya” qəzetinə açıqlama vermiş Rusiya Müdafiə Nazirliyi rəsmiləri yaxın vaxtlarda ölkənin Aralıq dənizinə daha çox döyüş gəmisi göndərəcəyini bildiriblər.

Nurlan AĞA
AzNews.az