İspanlar daha çox turizmdən qazanırlar

29 Avqust 2018 15:18 (UTC+04:00)

Hazırda İspaniyada işləyən əhalinin 75,5 faizi xidmətlər sahəsində çalışır.

AzNews.az AZƏRTAC-a istindən xəbər verir ki, 2018-ci ilin baharında bu ölkədə turizm sahəsində işləyənlərin sayı 2,65 milyondan çox olub. Bu, ölkənin əmək qabiliyyətli əhalisinin ümumi sayının (19,3 milyon) 13,7 faizi deməkdir. Onlardan təxminən 2,17 milyon nəfəri muzdlu işçilər və 484 min nəfəri özəl podratçılardır.

Lakin turizm sahəsində əməkhaqqı durğunluq vəziyyətindədir. Belə ki, tikinti sahəsinin işçiləri orta hesabla saatda 11,73 avro qazandıqları halda qonaqpərvərlik sahəsinin əməkçiləri saatda 9,32 avro alıblar.

İspaniyada ən çox turist qəbul edən Kataloniya eyni zamanda turizm sahəsi işçilərinin sayının ən yüksək olduğu bölgədir. Bu regionun təxminən 458 min sakini turizm sahəsində məşğuldur.

AzNews.az