“Nestle” də “Starbucks” satacaq - 7.15 milyon dollarlıq müqavilə

29 Avqust 2018 17:43 (UTC+04:00)

Artıq “Starbucks” məhsullarının satışı ilə “Nestle” şirkəti də məşğul olacaq.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, İsveçin məşhur qida şirkəti “Nestle” ilə “Starbucks” kofe brendi arasında bir müddətdir davam edən lisenziya müqavilələri müsbət nəticələnib.

Şirkətlərin birgə açıqlamasına görə, bundan sonra “Nestle” şirkəti dünya bazarında “Starbuks”un məhsullarını satacaq.

Şirkətlər arasındakı lisenziyanın qiyməti isə 7,15 milyon dollar olacaq.

Nigar CƏFƏR
AzNews.az