Bir sıra sahələrdə istifadə olunan bu silahların yeni terror vasitəsi ola biləcəyi ehtimalı getdikcə daha çoxalır.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, 2014-cü ildən bəri terroristlər tərəfindən istifadə olunan dronların dünya üçün yeni təhlükə dalğası gətirdiyi bəlli olur.
Bu səbəblə də BMT üzvü olan bir çox ölkələr bu asan əldə olunan və ucuz vasitənin istehsalı və satışı ilə bağlı xüsusi qanunun qəbulunu tələb edir.
Qeyd edək ki, Rusiya bu ilin yanvarında Suriya ərazisində on dronun hücumuna məruz qaldığını açıqlamışdı.
Nurlan AĞA
AzNews.az