AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyənin Avropa İttifaqına (Aİ) qoşulma prosesinin önəmli tərəflərindən olan REG (Reform Eylem Grubu) üç illik fasilədən sonra təzədən bir araya gəlib.
Nazirlər açıqlamalarında viza, hüquq sistemi kimi məsələləri gündəmə gətiriblər. Onlar Aİ-yə daxil olub-olmamalarından asılı olmayaraq, AKP-nin islahat aparılmasına həmişə diqqət yetirdiyini bildiriblər.
Nurlan AĞA
AzNews.az