Kursdan çıxan qızları maşın vurdu - Sumqayıtda

29 Avqust 2018 19:50 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Rəhiməxanım Etibar qızı Sadıqova və 2005-ci il təvəllüdlü Nəbiyyə İsmayıl qızı Sadıqovanı yolu keçmək istəyərkən maşın vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.