Obamanın adı küçəyə verildi

30 Avqust 2018 09:42 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Erik Qarçetti "Tvitter" sosial şəbəkəsində yazıb.

Qarçetti qeyd edir ki, Şura Rodeo yolunun Obama Bulvarı adlandırılması üçün səs verib: "Biz şadıq ki, bu Los-Anceles sakinlərinə onlar şəhərdə səyahət edərkən prezident Barak Obamanın irsi haqqında bir xatirə olacaq".

Qeyd edək ki, Rodeo yolu Los-Ancelesin cənub-qərb hissəsində yerləşir və onun uzunluğu 5,5 kilometr təşkil edir.

AzNews.az