Cəlilabadda ana-balanın qətlə yetirilməsinin təfərrüatı: “Tikə-tikə doğrayıb...”

30 Avqust 2018 11:29 (UTC+04:00)

Rayonun Qarazəncir kəndindən AzNews.az-a verilən məlumata görə, qətlə yetirilən 86 yaşlı Firuzə və onun 46 yaşlı qızı Sənubər heç yerdə işləmirmişlər:

“Dəhşətdir! Ana ilə balanı tikə-tikə döğrayaraq öldürüblər. Sonra da ananı yaşadığı evin tövləsində basdırıblar. Ana təqaüdçü idi, bala da heç yerdə işləmirdi, xəstə adamlar idilər. Bala 1-ci qrup əlildir. İnsanın bu adama necə əli gələr? Avqustun 28-də onları görüblər, hər ikisi evində olub. Ondan sonra bunları görən olmayıb”.

Bahar RÜSTƏMLİ
AzNews.az