AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, prezident “tarixdən ibrət alsaq, tarix təkrar olunmaz. Bundan sonra həm Əhlət, həm də Malazgirddə əcdadımızın xatirəsini yaşadacağıq”, – deyə bildirib.
Ərdoğan qeyd edib ki, onları təhdidlərlə qorxutmaq, istədikləri məqsəddən imtina etdirmək mümkün deyil. “Deməli, onlar bu milləti tanımayıblar, amma tanıyacaqlar. Biz bir ölərik, min dirilərik”, – deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan jurnalistikanın tarixi və inkişafı, müasir cəmiyyətdə rolu və s. kimi mövzular barədə də söz açıb.
Nurlan AĞA
AzNews.az