İran Təbrizdən imtina etdi - Prezidentlər Tehranda görüşəcək

30 Avqust 2018 11:46 (UTC+04:00)

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri Rza Xaqan Təkin açıqlamasında Ərdoğan, Putin və Ruhani arasında Suriya məsələsi ilə bağlı keçiriləcək zirvə görüşünün Təbrizdən Tehrana köçürüldüyünü bildirib.

Qeyd edək ki, üç lider arasındakı bu görüş Soçi və Ankaradan sonrakı üçüncü zirvə toplantısıdır.

Nurlan AĞA
AzNews.az