AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, bu haqda İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.
Suriya və İran arasında əldə olunmuş razılaşmalara görə geri addım atmayacaqlarını deyən baş nazir İranın Suriyada əsgər və silah yerləşdirməsinə qarşı mübarizə aparacaqlarını vurğulayıb.
Qeyd edək ki, İranın müdafiə naziri Əmir Hatəmi əvvəlki həftə Şam şəhərinə rəsmi səfər edərək, burada iki ölkə arasında hərbi ortaqlıqla bağlı anlaşma imzalamışdı.
Nurlan AĞA
AzNews.az