Tanınmış futbolçu “Real Madrid”də

30 Avqust 2018 14:41 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanacaq.

M.Diaz 2011-2016-cı ilə qədər Madrid təmsilçilərinin gənclərdən ibarət komandasının heyətində çıxış edib. O, “Kral” klubunun əsas heyətində 2016/2017-ci il mövsümündə 14 oyuna beş qolla yadda qalmışdı. 2017-ci ildə 8 milyon avroya Fransanın “Lion” klubuna keçən dominikanlı bombardir yenidən Madridə 30 milyon avroya transfer edilib.

Keçən mövsüm Mariano Fransa çempionatında 34 oyuna 18 qol vurub.

AzNews.az