Bu sayt hər kəsin maaşını göstərir - Maraqlı

30 Avqust 2018 15:22 (UTC+04:00)

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, zeigdeinenlohn.ch (Zeig Deinen Lohn – maaşını göstər) ünvanlı saytda insanlar maaş stereotiplərini qırmaq üçün öz fotoları ilə birlikdə nə iş gördüklərini və aylıq məvaciblərini paylaşırlar.

Belə ki, İsveçrədə camaat nə qədər maaş aldığını bir-birilə müzakirə etmir. Saytın açılması da bu stereotipi qırmaq məqsədi daşıyır.

Saytın istifadəçiləri burada yaşları, cinsiyyəti, nə qədər işlədikləri, hətta iş yerlərinin adı ilə bağlı da məlumat yerləşdirə bilərlər.

Afrika əsilli qaradərililərin hüquqlarını müdafiə edən UNİA təşkilatının mətbuat xidmətindən Nikol Nidermüller bildirir ki, insanlar həmkarlarının maaşı haqqında məlumatsız olduqda, müdirlərin işçiləri aldatmağı daha da asanlaşır. Bu səbəbdən zeigdeinenlohn.ch saytı ədalətsiz maaş bölgüsünün qarşısını ala bilər.

Nurlan AĞA
AzNews.az