“Bakı Metropoliteni” QSC-dən AzNews.az-a bildirilib ki, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərin marağı və təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək.
Yaxın günlər ərzində sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq istifadə edə bilər.
Məhdudiyyət bərpa olunarkən, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.