AzNews.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda "Tofiq Bəhrəmov adına stadion"da keçirilən qarşılaşmada "Şerif"i 3:0 hesabı ilə darmadağın edib.
Bu qələbə də klubumuzu Avroliqanın qrup mərhələsinə daşıyıb.
Görüşdə qolları komandamızın heyətində Maksim Medvedyev, Donald Gerriye və Filip Ozobiç vurub. Onlar müvafiq olaraq 9,42 və 55-ci dəqiqələrdə fərqlənə biliblər.