Sahil Babayev polkovnikin oğlunu işdən çıxardı - Foto

30 Avqust 2018 23:34 (UTC+04:00)

AzNews.az unikal.org-a istinadən xəbər verir ki, nazir sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynovu tutduğu vəzifədən azad edib. O, nazirlikdə ən gənc kadrlardan biri idi. F.Hüseynovun yerinə isə Himalay Məmişov təyin olunub.

Qeyd edək ki, vəzifədən azad olunan F.Hüseynov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sabiq rəis müavini, polkovnik Ramiz Hüseynovun oğludur.