İxracatçılar klubunun növbəti iclası

31 Avqust 2018 10:25 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirovun iştirakı ilə təşkil olunmuş iclasda “Made in Azerbaijan” brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb.

İclasda Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib, “Birinci Beynəlxalq Məhsullar Sərgisi”ndə iştirak qaydalarına dair suallar cavablandırılıb.

AzNews.az