ABŞ səfiri icra başçısı ilə görüşəcək

29 Mart 2013 09:26 (UTC+04:00)
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın şimal bölgəsinə səfəri davam edir.

Daxil olan xəbərə görə, bu gün səfir Xaçmaz rayonuna gedib. Xaçmaz rayonundan Aznews.az –a səfirin icra başçısı Şəmsəddin Babayevlə və rayon ictimaiyyəti ilə görüşəcəyi bildirilib.

Xəbərdə rayonda ABŞ səfiri ilə Xaçmazın turizm potensialı və bu istiqamətdə problemlərin müzakirə olunacağı vurğulanıb.

Ruhiyyə
Aznews.az