Azərbaycanda yaşayan 72 əcnəbi bu səbəbdən saxlanıldı

31 Avqust 2018 11:09 (UTC+04:00)

Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, onlardan 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları-səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

AzNews.az