AzNews.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur:
"Sessiyası sentyabr ayında Nyu Yorkda keçiriləcək. Nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək".
AzNews.az