Bilzeryanın adı “qara siyahı”ya salınacaq

31 Avqust 2018 13:38 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Siyahını rüb üzrə yeniləyirik. Den Bilzaryan, şübhəsiz ki, ora daxil ediləcək", - o deyib.

Xatırladaq ki, daha əvvəl erməni əsilli ABŞ vətəndaşı, poker oyunçusu, milyonçu qumarbaz Den Bilzeryan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib, nümayişkaranə şəkildə atəş açıb. Azərbaycan Baş Prokurorluğunda onun barəsində cinayət işi başladılıb, o, "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

AzNews.az