Lütfi Zadənin qəbirüstü abidəsi qoyuldu - Video

31 Avqust 2018 14:04 (UTC+04:00)

“Qafqazinfo”nun əməkdaşları abidə ilə tanış olmaq üçün Fəxri Xiyabanda olublar.

Abidənin hazırlanması heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarova həvalə olunmuşdu. O, abidənin üzərində 6 aya yaxın işlədiyini bildirib.

Qəbrin üzərində ucaldılan heykəlin hazırlanmasında tuncdan, bürüncdən və qranitdən istifadə edilib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edən Lütfi Zadə Azərbaycanda dəfn edilməsini vəsiyyət etmişdi.

Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri Xiyabanda dəfn edilib.

AzNews.az