Bu xəbər indi yayıldı: Avropa Trampa qarşı qalxan çəkdi

31 Avqust 2018 14:37 (UTC+04:00)

AzNews.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, sədr ABŞ-la avtomobil gömrük vergiləri sahəsində Vaşinqtonda əldə etdikləri razılaşmanın qüvvədə qalmasını gözlədiyini bildirib.

O, qeyd edib ki, ABŞ bu sahədəki anlaşmaya uyğun davranmasa, Aİ də ona qarşılıq verərək əlavə gömrük tarifləri tətbiq edəcək.

“Vaşinqton razılaşmaya əməl etməsə və avtomobil idxalına tarif tətbiq etsə, biz də eynisini edəcəyik” – deyə, J.K.Janker vurğulayıb.

Nurlan AĞA
AzNews.az