AzNews.az xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb. Məlumata görə, İran İraqdakı şiə səlahiyyətli nümayəndələrinə ballistik raketlər göndərib.
Bu qərarın 18 ay əvvəl verildiyi bəlli olub.
700 kilometr uzaqlıqdakı hədəfi vura bilən “Zilzal”, “Fateh-110” və “Zülfüqar” raketləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və İsrailin paytaxtı Tel-Əvivi dağıtma qüvvəsinə malikdir.
İraq hökumətindən bu olayla bağlı münasibət bildirilməyib.
Nurlan AĞA
AzNews.az