“ABŞ da, Avropa da hazırda yüksələn dini, irqi və milli zəmində yüksələn ayrı-seçkilik fonunda, Azərbaycanda olan mövcud tolerantlıq qürurvericidir! BAXCP olaraq hökümətin bu istiqamətdə fəaliyyətini təqdir edirik. Bu gün Azərbaycanda olan dini tolerantlıq bütün dünyada təblığ olunmalıdır. Bu, ona görə lazımdır ki, ermənilər bütün dünyaya təblığ edir ki, Dağlıq Qarabağ da azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkün deyil”.
Bu fikirləri AzNews.az saytına BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, 2018-ci il Prezident seçkilərinə millət vəkili, prezidentliyə namizəd Qüdrət Həsənquliyev canlı efirdən çıxış edərək, ilk dəfə bəyan etmişdir ki, Azərbaycanda daxili sabitliyə və dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremizmdən gəlir:
“2018-ci ilin aprelində keçirilən Prezident seçkilərində BAXCP sədri Qüdrət Həsənquliyev prezidentliyə namizəd kimi milyonlarla izləyicinin önünüdə çıxış edib, Azərbaycanda dövlətçiliyimizə ən böyük təhlükənin din adı altında gizlənən dini ekstremizdən gəldiyini bəyan etmişdi. Çox kecmədi ki, hər kəs bunun canlı şahidi oldu. Ümumiyyətlə, BAXCP hər zaman dövlətçilik maraqlarına böyük önəm verib və hər zaman milli maraqlarımızın müdafiəsi üçün çıxış edib. Bilirsiniz ki, Azərbaycan müsəlman ölkəsidir. Əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Biz müsəlman dünyasının bir hissəsiyik. Hal-hazırda dünyada islamofobiya genişlənməkdədir. Bunun da bir sıra səbəbləri var, əsasən də dini ekstremizm onların əlinə kifayət qədər bəhanələr verir. Bu bəhanə hesabına islamofobiya daha geniş yayılır. Dini ekstremistlər cihad adı altında terror aktları törədirlər və bununla da onlara yaxından köməklik göstərirlər. Azərbaycanda Dövlət Təhklükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ekstremizmə qarşı sıfır dözümlülük siyasətini dəstəkləyirik. Azərbaycanda daxili sabitliyə və dövlətçiliyimizə ən böyük təhlükə dini ekstremzlərdən gəlir. Ölkəmizdə dini ekstremzmin ayaq tutub yeriməməsinin səbəbi, təkcə bizim xalqın dini tolerantlığından qaynaqlanmır. Həm də etiraf etmək lazımdır ki, həm hökumətin siyasəti, həm də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, o cümlədən, hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadənin xidmətləri danılmazdır. Son zamanlar bizim dini rəhbərlərimizə, Şeyximizə və digər tanınmış din adamlarına qarşı qarayaxma kampaniyası təşkil edilir. Xalqımız Allahşükür Paşazadənin 20 yanvar hadisələrində tutduğu dövlətçilik mövqeyini unutmayıb. Düşünürəm ki, dini ekstremizmin qarşısının alınması üçün vətəndaş cəmiyyətinin üzərinə də məsuliyyət düşür. Həm bunun, həm də tolerantlığın cəmiyyətdə təbliği üçün ölkənin QHT sektoru daha çox çalışmalıdır. Düzdür, bununla bağlı Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası il ərzində bir sıra layihələri dəstəkləyir. Dini Qurumların da apardığı işlər göz önündədir. Eyni zamanda, bır sıra QHT-lərin bununla bağlı apardığı işləri görürük. Məncə bu, yetərli deyil. Ölkədə rəsmi qeydiyyatdan keçmiş 4000 QHT var. Bir il ərzində QHT-lərə ayrılan vəsaitin həcmi 4.5 milyon manatdır. Bununla QHT-lər necə böyük işlər görə bilər ki? QHT-lərə ayrılan vəsait həddindən artıq azdır. Bir ilə bir QHT-yə orta hesabla, min manat düşür.
Son zamanlarda cəmiyyətdə baş verən hadisələrin hamı canlı şahidi oldu. Gəncə şəhərində baş vermiş təxribatlar məhz din adı altında gizlənən dini ekstremistlərin törətdiyi təxribatlar idi. Biz bütövlükdə cəmiyyət olaraq, baş vermiş hadisələri qabaqlamalıyıq və imkan verməməliyik ki, öz çirkin məqsədləri üçün gözəl dinimiz olan İslam dinindən siyasi məqsədləri üçün istifadə etsinlər! Dövlət qurumları ilə yanaşı, mediadan, sosial şəbəkələrdən geniş istifadə etməliyik!” .
AzNews.az