Cənubi Koreya məktəblərində qadağa

31 Avqust 2018 16:22 (UTC+04:00)

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, dəyişikliklər Cənubi Koreyanın Daxili İşlər Nazirliyi və ölkənin qanunverici orqanı tərəfindən təklif olunub. Qanuna əsasən məktəblərdə, habelə onların yaxınlığında yüksək kofein tərkibli qəhvə və digər içkilərin satışı qadağan edilir. Qanun uşaqların sağlamlığını qorumaq üçün nəzərdə tutulub.

Qadağanı pozanları isə 10 milyon von (təxminən 9 min dollar) cərimə gözləyir.

AzNews.az