Sınaq imtahanlarına qeydiyyat davam edir

29 Mart 2013 09:45 (UTC+04:00)
Aprelin 7-də keçiriləcək sınaq imtahanlarına yazılış davam edir. Bu barədə mətbuata Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. İlk sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Lənkəran, Cəlilabad, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçiriləcək. İmtahanda iştirak etmək üçün Respublika üzrə abituriyentlərə 34464 yer ayrılıb. İmtahanda iştirak üçün yazılış martın 28-dən başlanıb. Artıq 20 mindən artıq abituriyent sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.

AzNews.az