Donetsk lideri öldürüldü! - Sui-qəsd

31 Avqust 2018 20:24 (UTC+04:00)

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, Zaxarçenko Separ kafesində təşkil olunmuş partlayışda həyatını itirib. Qondarma respublikanın "maliyyə və vergilər naziri" Aleksandr Timofeyev isə yaralanıb.

Partlayış səbəbilə ölü və yaralıların sayı 11-ə çatıb. Hadisədən sonra fövqəladə vəziyyət elan olunub. Qatillərin axtarışı üçün Rusiya və Ukrayna sərhədləri bağlanıb.

Qondarma "DXR Prezident Aparatı"nın sözçüsü Alyona Alekseyeva isə sui-qəsdi təşkil edənlərin Ukrayna Təhlükəsizlik Xidməti olduğunu bildirib.

AzNews.az