Avtomobil mağazaya çırpıldı - Yaralılar var

31 Avqust 2018 22:51 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "VAZ-21015" markalı avtomobil mağazaya çırpılıb. Qəza zamanı mağazada olan Nail Sabir oğlu Əliyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.