"Qaçqınkom" sədri Şəkidə - İnsanların problemləri ilə maraqlandı

31 Avqust 2018 23:08 (UTC+04:00)

Komitədən AzNews.az -a verilən məlumata görə, qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz və Qəbələdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət, status, işəgötürmə, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə əlaqədar olub. Komitə sədri onları fərdi qaydada dinləyib, müraciətlər qeydə alınıb.

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır və bu məsələni dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Birinci vitse-prezident Mehriban Əliyeva ən qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkünlərlə işin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.