"Azgranata" Ukraynadakı erməni lobbisini şərabla çökdürəcək - Yeni brendlər

31 Avqust 2018 23:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən “Tovuz-Vino” şirkətinin rəhbəri Elimxan Mahmudov AZƏRTAC-a bildirib.

Artıq “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 10-a yaxın şərab və spirtli içki məhsulları Ukraynanın iri ticarət obyektlərində satışa çıxarılıb. Yaxın vaxtlarda Azərbaycan şərabları “Ağdam”, “Qarabağ” brendi ilə də Ukrayna bazarında satılacaq.

Hazırda Tovuz Şərab Zavoduna məxsus 40-a yaxın çeşiddə spirtli içki məhsulları Ukrayna bazarında satışa çıxarılır. Azərbaycan məhsulları “AŞAN”, “NOVOS” “MEQA” və digər hiper marketlərdə xüsusi stendlərdə satılır.